|
“Milan”ın sabiq prezidenti Silvio Berluskoni klubun hazırkı sahibi Li Yonhonqu kəskin tənqid edib.
Komanda.az xəbər verir ki, Berluskoni Linin idarəetmə metodundan narazılıq edib. O, özünün idarəetmə sistemindən də danışıb. Berluskoni “Milan”a qayıtmayacağını bildirib:
“Onu əvəzləmək lazımdı, burda, İtaliyada. Mən prezident vəzifəsini başqa cür icra edirdim, daim komandaya yaxın olurdum. Futbolçulardan kimsə zədə alırdısa, ona həftəiçi zəng edirdim. İstəyirdim ki, həmin futbolçu mənim dəstəyim barədə məlumatlı olsun.
Şənbə günü isə futbolçularla söhbətləşir, rəqibi müzakirə edirdik. Təəssüf edirəm, indi “Milan”a qayıda bilmərəm. Buna nə mənim, nə övladlarımın, nə də dostlarımın imkanı yoxdu.
Klubu satmaq barədə qərar qəbul etmək çox ağır idi. Ancaq artıq bu qərar qəbul olunub”.
Teleqraf.az