|
FİFA ilin ən yaxşı futbolçusu və məşqçisini müəyyənləşdirmək üçün keçiriəcəyi səsvermədə dəyişiklik edib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bundan sonra səsvermədə təkcə millinin məşqçiləri, kapitanlar, jurnalistlər yox, futbolsevərlər də iştirak edəcək.
Yeni qaydalara əsasən, səslərin 50 faizini məşqçi və kapitanların, digər 50 faizini jurnalist və futbevərlərin səsi təşkil edəcək.
FİFA ilin ən yaxşı məşqçisi adına 10 namizədi noyabrın 2-i, ən yaxşı futbolçu adına 23 namizədi isə noyabrın 4-ü açıqlayacaq.
Bu kateqoriyalarda səsvermə noyabrın 4-dən 22-dək davam edəcək. Finalçıların adı dekabrın 2-i açıqlanacaq.
2016-ci ilin ən yaxşıları gələn il yanvarın 9-da Sürixdə keçiriləcək mərasimdə mükafatlandırılacaq.
Qeyd edək ki, bundan əvvəl FİFA və "France Football" dərgisi birgə ilin ən yaxşılarını mükafatlandırırdı. Bu ilin sentyabrında tərəflər əməkdaşlığa son verib.