|
Joze Mourinyonun gəlişi də “Mançester Yunayted”in problemlərini həll etmir.
Komanda.az xəbər verir ki, Premyer Liqanın 8-ci turunda “Liverpul”la keçirilən oyun “qırmızı şeytanlar” üçün biabırçı göstəriciylə yadda qalıb. Komanda səfərdən 0:0 hesablı heç-heçəylə qayıtsa da, antirekorda imza atıb.
“Mançester Yunayted” bütün oyun ərzində topa cəmi 34 faiz sahib ola bilib. Bu da Premyer Liqanın tarixi ərzində “qırmızı şeytanlar” üçün ən pis göstəricidi.
MY 8 turdan sonra 14 xal toplayaraq, 7-ci pillədə qərarlaşıb.