|
Karate üzrə Azərbaycan yığması dünya çempionatındən əvvəl Qəbələdə təlim-məşqlərini davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 25-dən 30-dək Avstriyanın Linz şəhərində karate üzrə 23-cü dünya çempionatı təşkil ediləcək. Bu səbəbdən idmançılarımız son hazırlıqlarını gələn həftə Azərbaycan Milli Karate Federasiyasının bazasında keçirəcəklər.
Son turnirlərin nəticələrinə əsasən, milli komandanın heyətində bəzi dəyişikliklər edilib. Fərdi və komanda yarışlarına qatılan heyətdə dəyişikliklər yaxın günlərdə açıqlanacaq.