|
Bir çox məşhur futbolçunun meneceri olan Mino Rayola “Liverpul”un baş məşqçisi Yurgen Kloppu sərt tənqid edib.
Komanda.az xəbər verir ki, menecer alman mütəxəssisi onun müştərisi olan Mario Balotellini komandada saxlamadığına görə qınayıb. İtaliyanın “La Gazetta Dello Sport” nəşrinə danışan Rayola Kloppun “Liverpul” üçün düzgün məşqçi olmadığını deyib:
“Liverpul” rəhbərliyi əlbəttə, bir gün Kloppun səhv seçim olduğunu anlayacaq. Yaxşı baş məşqçi olub-olmadığını deyə bilmərəm, ancaq insanları tanımır. Onunla danışdıqda, Balotellinin yaxşı insan olduğunu dərk etmədiyini başa düşdüm. Ancaq Mario heç vaxt məşqlərini dayandırmadı, daim mübarizə apardı. O, bu cür rəftara layiq deyildi, Klopp əclafdı”.
Xatırladaq ki, 2014-cü ildən “Liverpul”un üzvü olan Balotelli, burda özünü doğrulda bilmədiyindən, “Milan”a icarəyə verilmişdi. Hücumçu bir neçə gün öncə azad agent kimi Fransanın “Nitsa” komandasına keçib.