|
Almaniya futbolunun əfsanəsi Frants Bekkenbauer haqqında araşdırmalara başlanılıb.
Komanda.az xəbər verir ki, araşdırmaları İsveçrə prokurorluğu aparır. Bekkenbauer səhlənkarlıqda, dələduzluqda, çirkli pulların yuyulmasında və vəsaiti qanunsuz mənimsəməkdə ittiham olunur. Eyni ittihamlar Almaniya futbolunun digər simalarına - Volfqanq Hirsbax, Teo Tsvantsiqer və Horst Rudolf Şmidtə qarşı da irəli sürülüb.
Bu şəxslər 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının təşkilat komitəsində təmsil olunublar. Əsas araşdırmalar qala-gecənin keçirilməsinə sərf olunan 7 milyon avro ilə bağlı aparılır.
Şübhələr var ki, ayrılan vəsait qala-gecənin keçirilməsinə yox, Almaniya Futbol İttifaqına aidiyyatı olmayan borcların ödənilməsinə sərf edilib.