|
İngiltərə yığmasının keçmiş hücumçusu Qari Lineker vədinə əməl edib.
Teleqraf.az Komanda.az-a istinadən xəbər verir ki, Lineker efirə alt paltarında çıxıb. BBC telekanalında proqram aparan Qari “Lester” çempion olacağı təqdirdə, efirə alt paltarında çıxacağını bildirmişdi.
O, sözünün üstündə durub və yeni mövsümdə “Match of the Day” proqramının ilk buraxılışında vədinə əməl edib. Lineker məsələylə bağlı “instaqram”da belə yazıb:
“Biz sizə gülmədik, biz sizinlə birlikdə güldük”.