|
İtaliyanın “Milan” klubunun səhmlərinin böyük bir hissəsi satılıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klub prezidenti Silvio Berluskoni açıqlma verib.
O, bu addımla “Milan”ın əvvəlki gücünü qaytaracaqlarına inandığını deyib: “Mən klubun idarəçiliyini çinli sponsora hevale etdim. Onlar “Milan”ın əvvəlki əzəmətini qaytara bilər. Şərtimizə görə, onlar qarşıdakı iki ərzində transferlər üçün 400 milyon avro ayıracaq. Klubun bütün idarəçiləri çinli olacaq".
Adı açıqlanmayan Çin şirkətinin “Milan”ın səhmlərinin 80 faizi üçün 750 milyon avro ödədiyi bildirilir.