|
Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubiley tədbirləri davam edir. Bu layihə çərçivəsində Rusiyanın paytaxtı Moskva şəhərində Milli Paralimpiya Komitəsinin 20 illik fəaliyyətini əks etdirən “Hünərin Gücü” sənədli filminin ilk beynəlxalq təqdimatı keçiriləcək.
Teleqraf.az-ın məlumatına görə. bununla yanaşı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinin də təqdimatı keçiriləcəkdir.
Təqdimat 14 iyun saat 15.00-da Moskva Dövlət Humanitar-İqtisad Universitetində baş tutacaq. Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Diaspor nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər (AMOR) Təşkilatının fəalları, Rusiyada təhsil alan həmvətənlərimiz və Universitetin müəllim-tələbə kollektivi iştirak edəcək.
Xatırladaq ki, “Hünərin gücü” sənədli filmi bu ilin əvvəlində Lider Tv “Gənclər” redaksiyası tərəfindən hazırlanıb. Filmin müəllifi Günel Gözəlovadır.