|
Həmyerlilərimiz Almaniyada “qırğın” edib.
Teleqraf.az-ın Hurriyyet.org-a istinadən verdiyi məlumata görə, Almaniyada iki idmançımız qələbəsi ilə adlarından söz etdiriblər. Belə ki, Almaniyanın Hagen şəhərində boks və kikboksinq gecəsi keçirilib.
Yarışda Almaniyada yaşayan azərbaycanlı idmançılar - kikboksinq üzrə Dünya və Avropa çempionu Bəxtiyar İsgəndərzadə və boksun WBA versiyası üzrə ilk azərbaycanlı Avropa çempionu Ağalı Alışov iştirak ediblər.
Alman idmançı Said Maraş ilə qarşılaşan Ağalı Alışov qələbə qazanıb və peşəkarlararası Almaniya çempionu adını qazanıb. O, 4-cü raundda rəqibinə nokautla qalib gəlib.
Kikboksinqin WFMC versiyası üzrə Avropa kəməri uğrunda döyüşdə Bəxtiyar İsgəndərzadə isə çeçen idmançı Nəriman Seyidbekova tam üstünlüklə qalib gəlib. Beləliklə, B.İsgəndərzadə kəmərə sahib olub. Döyüş 65 kq çəki dərəcəsində keçirilib.