|
Fransa Liqası təmsilçisi "Marsel" baş məşqçisi Miçel Qonsalesi istefaya göndərib.
Qol.az-ın klubun saytına istinadın yaydığı xəbərə görə, buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub.
Bu mövsümün sonuna kimi komandanı Frank Passinin çalışdıracağı bildirilib.
Qeyd edək ki, "Marsel" Fransa Liqasında 34 turdan sonra 40 xalla 15-ci pillədə qərarlaşıb.