|
Hollandiyanın PSV (Eyndhoven) klubu beş azarkeşinə komandanın oyunlarını stadiondan izləməyə qadağa qoyub.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb həmin azarkeşlərin Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə oyundan əvvəl Madriddə təhqiredici hərəkətlərə yol verməsidir.
Klub tərəfindən araşdırma aparılaraq beş azarkeşin cəzalanmasına qərar verilib. Onlara 5 ildən 10 ilə qədər qadağa qoyulub.
Həmçinin, Madird prokurorluğu sözügedən ararkeşlər haqda insan ləyaqətinin alçaldıması maddəsi ilə cinayət işi açıb.
Xatırladaq ki, PSV azarkeşlərinin “Atletiko” ilə oyundan öncə kafedə əylənərkən dilənçi qadınlara açlaldıcı şəkildə qəpiklər atması sərt tənqidlərə məruz qalmışdı.