|
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun prezidenti seçilib.
Teleqraf.az xəbər verir ki, açıq səsvermə yolu ilə hazırkı prezident Rövnəq Abdullayev yekdilliklə növbəti 4 il müddətinə Federasiyaya rəhbərlik edəcək.
R.Abdullayev prezident postuna yeganə namizəd olub.
Yeni seçilmiş Federasiya prezidenti ona etimad göstərənlərə minnətdarlığını bildirib: "Çalışacağam ki, bu etimadı doğruldum. Azərbaycanlı futbolsevərlərin istədiyi şəkildə futbolu inkişaf etdirməyə çalışacağıq. Əsas məqsədimiz AVRO-2020-də Azərbaycan millisinin iştirakını təmin etməkdir".
Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində calışır. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir.
Konfransda AFFA İcraiyyə Komitəsinin üzvləri də müəyyənləşib.İK üzvlüyünə 10 nəfər seçilib.
Onlar aşağıda adları qeyd olunanlardır:
Peşəkar Futbol Liqasından 4 yer
Rauf Əliyev (AZAL PFK tərəfindən)
Vaqif Sadıqov ("Sumqayıt" FK tərəfindən)
Elşad Nəsirov ("Neftçi" PFK tərəfindən)
Qurban Qurbanov ("Qarabağ" FK tərəfindən)
Regional Futbol Federasiyaları İctimai Birliyi - 2 yer
1. Kazbek Tuayev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov - Şimal Regional Futbol Federasiyası tərəfindən
Sahə Futbol Federasiyaları - 2 yer
1. Mahir Məmmədov - Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov - Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları - 2 yer
1. Elmar Məmmədyarov - Ümümazərbaycan Futbolsevərlərin İctimai
Birliyi tərəfindən
2. Firudin Qurbanov - Futbol Hakimləri İctimai Birliyi tərəfindən
Qeyd edək ki, daha öncə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun namizədliyini geri götürüb.