|
Azərbaycan yelkənli idman növü - “470” yaxtaları üzrə dünya çempionatının keçirilməsindən imtina edib.
Azərbaycan Yelkənli İdman Federasiyasının məlumatına görə, “imtina maliyyə problemləri ilə əlaqədardır”.
Yaxta idmanı üzrə dünya çempionatının 2016-cı ilin yayında Bakıda təşkil edilməsi qərara alınmışdı. Qərar 2015-ci ildə Afinada Beynəlxalq Yelkənli İdman Federasiyasının Baş Assambleyasının iclasında qəbul edilmişdı.
Yelkənli idman - “470” yaxtaları olimpiya idman növüdür.
Bununla belə bu il Azərbaycan Formula-I, 17 yaşlılardan ibarət futbol üzrə Avropa Çempionatının final oyunlarına və Şahmat Olimpiadasına ev sahibliyi edəcək.