|
Bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının müəyyən oyunları təxirə salına və yaxud tamaşaçılarsız keçirilə bilər.
APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb terrorla bağlı təhdidlərdir.
“Hələ ki mümkün təhdidlərə dair məlumatımız yoxdur, lakin hər şeyə hazır olmalıyıq”, deyə UEFA nümayəndəsi bildirib.
Xatırladaq ki, ötən il, noyabrın 13-də Fransa-Almaniya matçı keçirildiyi anlarda Parisdə bir neçə terror aktı törədilmişdi, ümumilikdə 130 nəfər ölmüşdü.