Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.az-ın Report"a istinadən yaydığı xəbərə görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında idmanın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanda beynəlxalq səviyyəli mötəbər idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir, həmin yarışlarda Azərbaycan idmançıları uğurla iştirak edirlər.

17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ölkədə idmanın bu növünə marağın daha da artmasına səbəb olacaq və Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini daha da zənginləşdirəcək.

Sərəncamla Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görməli, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsində iştirak üçün Azərbaycan Respublikasına gələcək Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) əməkdaşlarının, vəzifəli şəxslərinin, UEFA nümayəndə heyəti üzvlərinin, UEFA üzvü olan assosiasiyaların əməkdaşlarının və vəzifəli şəxslərinin ölkəyə gəlmə və ölkədən getmə zamanı dövlət sərhədindən keçməsi, gömrük nəzarətinin aparılması, habelə çempionatla və çempionat tədbirləri ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi kimi məsələlərin həllində operativliyi təmin etməlidirlər.
Səhiyyə Nazirliyi çempionatın final mərhələsində təcili tibbi yardım, sanitariya və epidemioloji təhlükəsizlik işlərinin təşkili üçün zəruri tədbirlər görməli, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyi, öz səlahiyyətləri çərçivəsində çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı UEFA-nın media, marketinq və digər kommersiya hüquqlarının qorunmasını təmin etməlidirlər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görməli, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu çempionatın final mərhələsinin təşkili ilə əlaqədar ölkəyə gələn və çempionatın final mərhələsində iştirak edən şəxslərin müraciətlərinə operativ baxılmasını təmin etməli, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyi çempionatla və çempionat tədbirləri ilə bağlı UEFA-nın və (və ya) üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının qeydiyyatı, qeydiyyatına etiraz və ya qeydiyyatından imtina prosedurlarının operativ həyata keçirilməsini təmin etməlidirlər.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

 

Bölməyə aid digər xəbərlər

01 İyun 2022 “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi

21 May 2018 ÇL-in qrupunda birbaşa oynayacaq 26 komanda – “Qarabağ” nə vaxt başlayır?

06 Fev 2018 İngiltərə çempionatında qış fasiləsi tətbiq oluna bilər

05 Fev 2018 “Milan”ın sahibi əvəzlənməlidi - Berluskoni qayıdacaq?

05 Fev 2018 Boks olimpiada proqramından kənarlaşdırıla bilər

01 Noy 2016 Dünyanın ən yaxşı oyunçusunu həm də azarkeşlər seçəcək

28 Okt 2016 Sarridən İquaynla bağlı maraqlı açıqlama

25 Okt 2016 Millimizin sabiq baş mәçqçisi vəfat etdi

25 Okt 2016 "Qızıl top"a namizədlər açıqlandı - siyahı

18 Okt 2016 Bu biabırçılığı da yaşadı - “Mançester Yunayted”

17 Okt 2016 Cavid Hüseynov "Qəbələ" klubu ilə müqavilə bağladı

15 Okt 2016 Messi, Suares və Neymar belə “döyüldü” - Video

14 Okt 2016 Didye Droqba "Napoli" yolunda

13 Okt 2016 Millimizin futbolçuları Norveç və Çexiya ilə oyunlardan nə qədər qazandı?

13 Okt 2016 Yığmamız dünya çempionatına gedir

10 Okt 2016 "Neftçi" klubu fəaliyyətini dayandırdı

10 Okt 2016 Məhşur furtbolçunun anasını təhdid edirlər: “Oğlunuz öldürüləcək”

09 Okt 2016 “Barselona”Arda Turanı 50 milyona satır?

09 Okt 2016 Rövnəq Abdullayev: “Hələ belə bir şey olmamışdı”

09 Okt 2016 Azərbaycan futbolçusu Stiven Siqalı tanımayaraq təhqir etdi

03 Okt 2016 “Barsa”lıları ələ saldı - Keçmiş “Real”lı

23 Sent 2016 Əfsanəvi futbol ulduzu Bakıya gəlir

22 Sent 2016 Güləşçimiz hərbçilərin dünya çempionatında hakim haqsızlığı ilə üzləşib

21 Sent 2016 Millimiz Sloveniyada heç-heçə edib

19 Sent 2016 Yunanıstanda qapıçı döyülərək klubdan qovulub

17 Sent 2016 "Terim nə vaxt qulağımızı çəkib də dediyini etməmişik?" - Arda

09 Sent 2016 “Red Bull”a görə Boykota hazırlaşırlar

06 Sent 2016 Mourinyo Qvardioladan geridə qaldı

03 Sent 2016 Klopp əclafdı! - Məşhur menecer

01 Sent 2016 Bekkenbauerə qarşı ittiham - Dələduzluq, mənimsəmə...

Xəbər lenti