|
Serbiyanın paytaxtı Belqradda futzal üzrə "Avro-2016"nın final mərhələsinin oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, milli komandamız bu gün ilk oyununa çıxıb.
D qrupunda mübarizə aparan millimiz İtaliya yığması ilə üz-üzə gəlib. Fasiləyə qədər hesab açılmayıb. İkinci hissədə qapısında 3 top görən komandamız görüşdən məğlub ayrılıb - 0:3.
Qeyd edək ki, Tino Peresin rəhbərlik etdiyi komandamız sabah növbəti oyununda Çexiya ilə qarşılaşacaq.
3 fevral
"Avro-2016"nın final mərhələsi
00:00.İtaliya – Azərbaycan - 3:0
Qol: Aleks Merlim, 20 (1:0), 21 (2:0), Qiasson, 29 (3:0)
Qırmızı vərəqə: Amadeu (Azərbaycan)
Baş hakim: Mark Birket (İngiltərə)
Belqrad