|
FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini 8 il müddətinə tutduqları vəzifədən kənarlaşdırılıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə FİFA Etik Komitəsi qərar qəbul edib. Bu isə o deməkdir ki, M.Platini gələn il keçiriləcək FİFA-nın prezident seçkilərində iştirak edə bilməyəcək.
Xatırladaq ki, rüşvət qalmaqalına görə bundan əvvəl sözügedən şəxslər 90 gün müddətinə vəzifələrindən kənarlaşdırılmışdı.