|
Müsavat Partiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə keçirilən açıq şahmat turnirinin qalibləri bəlli oldu. Final qarşılaşmasında Müsavatın Məclis üzvü Cəmil Qambay və Bütöv Azərbaycan Ocaqları təşkilatından Elnur Həsənli ilə yarışdılar. Elnur Həsənli olduqca qərgin oyunda qalib gələrək turnirin çempionu oldu.
3-cü yer uğrunda oyunda isə şahmat üzrə ustalığa namizəd Emin Kazımlı Müsavatın MNTK üzvü Çingiz Əlini uddu.
Qaliblərin mükafatlandırılması mərasimi isə dekabrın 26-na nəzərdə tutulub.
Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyasının təsdiqlədiyi əsasnamə üzrə əsasında keçirilir. Turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Namiq İsmayılovdur. Yarışa istiqlalçı millət vəkilləri İsa Qəmbər və İsgəndər Həmidov da daxil olmaqla, ümumilikdə 20 nəfər qatılıb. Müsavat Partiyası ənəvi olaraq Həmrəylik günü ərəfəsində bu intellektual oyunun turnirini təşkil edir.