|
FIFA "Real" transfer qadağası qoya bilər.
Fanat.az хəbər verir ki, bu iddia ilə İspaniyanın AS qəzeti çıхış edib.
Qəzetin iddiasına görə, buna səbəb Madrid klubunun yetkinlik yaşına çatmayan futbolçularla bağlanan müqavilələrdə yol verdiyi qayda pozuntuları ola bilər. AS-ın FIFA-nın İntizam Komitəsindən əldə etdiyi məlumata görə, "Real"a iki transfer dövrü üçün cəzalandırılmaq ehtimalı yüksəkdi.
Xəbərdə bildirilir ki, FIFA belə bir qərar versə, 2016-cı ilin yayından etibarən tətbiq olunacaq. Buna görə də, "Real" qışda istədiyi futbolçuları heyətinə qatmağa çalışır. "Kral Klubu"nun transfer siyahısına "Bavariya"dan Robert Levandovski başçılıq edir.