|
PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, hücumçu mövsümün sonunda “Çelsi”yə keçə bilər.
PSJ rəhbərliyi anlaşması mövsümün sonuna qədər olan 34 yaşlı forvarda yeni müqavilə təklif etməyəcəyini bəyan edib. Çünki parislilər hücum xətti üçün “Real”ın qol “maşını” Kriştianu Ronaldonu transfer etmək niyyətindədi. İbrahimoviç isə çox güman ki, “Çelsi”nin yolunu tutacaq.Düzdü, “Milan” da onunla maraqlanır. Lakin futbolçu özü “İnter”də rəhbərliyi altında çıxış etdiyi Joze Mourinyo ilə yenidən birlikdə çalışmaq istədiyini etiraf edib. Onun gələn yay “Çelsi” ilə müqavilə bağlayacağı və ilinə 11 milyon funt-sterlinq qazanacağı gözlənilir.
Qeyd edək ki, Zlatan İbrahimoviç PSJ-yə 2012-ci ildə “Milan”dan keçib.