“Osiyek” – “Dinaburq” oyunu ilə bağlı AFFA-da yaradılan komissiya üzvlərinin kim olduğunu bilmirəm. Assosiasiya prezidenti Rövnəq Abdullayev sağ olsun, ədalətli bir insanı, baş katib Elxan Məmmədovu komissiyanın rəhbəri qoyub. İnanıram ki, Elxan müəllim ədalətli qərar verib, Xaqani Məmmədovu Azərbaycan futbol ictimaiyyətindən siləcək”. Bu sözləri apasport.az saytına açıqlamasında keçmiş FİFA referisi Anar Salmanov deyib.

  2001-ci ildə UEFA Kubokunun seçmə mərhələsi çərçivəsində Xorvatiyada baş tutan “Osiek” – “Dinaburq” görüşü ilə bağlı keçən ay video yayılmışdı. Sportinfo.az saytında yer alan həmin videoda o vaxt dördüncü hakim funksiyasını yerinə yetirən Xaqani Məmmədovun baş hakim Asim Xudiyevə “qonaqlar heç-heçə üçün 15 dənə verirlər” dediyi eşidilirdi. Məhz bununla əlaqədar AFFA-da komissiya yaradılmasına qərar verilmişdi.

 Hakimlikdən sırf Xaqani Məmmədovun istəyi ilə uzaqlaşdırıldığı iddia edən Salmanov buna baxmayaraq, onunla bağlı yayılmış videonu UEFA-ya göndərməyəcəyini qeyd edib: “Komissiyanın nəticəsinin müsbət olacağını təkcə mən yox, 9 milyon əhali gözləyir.

Mən Xaqani Məmmədovu azərbaycanlıların siyahısına salmıram. Əgər Azərbaycanı UEFA-da təmsil edərək, belə bir oyunlardan çıxırsansa, bu, Azərbaycanın bayrağını yerə vurmaq kimi bir şeydi. Amma o demək deyil ki, Xaqani Məmmədova görə Azərbaycan futbolu əziyyət çəkməlidi. Buna görə də, mən o videonu UEFA-ya göndərmək haqda heç vaxt fikirləşməmişəm. Biz Azərbaycan futbolunu fikirləşirik, Xaqani isə gəldi-gedərdi”.

 Salmanovun fikrincə, Xaqani Məmmədov vəzifəsindən uzaqlaşdırılmalı və onun yerini həmin posta layiqli şəxslərdən biri tutmalıdı: “Osiek” –“Dinaburq” matçı keçirildiyi 2001-ci ildə Xaqani Məmmədov Azərbaycanda Hakimlər Komitəsinin sədri işləyirdi. Onu da deyim ki, həmin il sırf Xaqaniyə görə Azərbaycan çempionatı dayandırılıb. O cür oyunlardan çıxanda da komitə sədri idi, bu gün də komitə sədridi. Xaqani mütləq postundan uzaqlaşdırılmalıdı. Onun yerini tutmağa layiq çox insan var. Hakimlər Komitəsinin sədri niyə də Vüsal Əliyev olmasın? Azərbaycanı Avropada layiqincə təmsil edib, 15 il ölkə çempionatında ədaləti qoruyub. Görün, Xaqani nə qədər “qurdlu” adamdı ki, Vüsal Əliyev karyerasını bitirəndə ona vida oyunu keçirmədi. Xaqani paxıl olmasaydı, Babək Quliyev və Anar Salmanov çöldə qalardı?”  

 Sabiq FİFA referisi Azərbaycanda da futbol hakimlərinin baş katibdən asılı olmasını istəyir: “Babək Quliyevlə mən hakimlikdən nəyin üstündə uzaqlaşdırılmışıq? Xaqaninin əlində hansı faktları var? Heç bir faktı yoxdu. Amma Xaqani Məmmədov, sənin faktını 9 milyon əhali gördü. Sadəcə, bir şeyə təəssüflənirəm ki, videonun yayılması mənim vasitəmlə olmadı. İstəyirdim ki, dekabrda bununla bağlı mətbuat konfransı keçirim, amma məni qabaqladılar. Görün, Azərbaycan futbolu nə gündədi ki, bu adam hakimlərə qiymət verir, hakim yetişdirir. Xaqani Məmmədov Azərbaycan futbolundan silinməlidi. Ondan nəsə soruşanda deyir ki, “paket”imi, pulumu alıram, mənə hakimlik lazımdı? Xaqanini təkcə pul maraqlandırır. İnkişafı fikirləşən adam Babək Quliyev, Anar Salmanova qarşı belə hərəkət etməzdi”.

 Anar Salmanov sonda keçmiş həmkarı Əliyar Ağayevin Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Rapid” (Vyana) – “Dinamo” (Minsk) görüşünə təyinat almasına toxunub: “Hələ 1 ay bundan qabaq demişdim ki, Əliyar “Rapid” – “Dinamo” oyununa təyinat alacaq. O, idman akademiyasında mənim tələbəm olub. Bundan əlavə, Əliyarın hakimliyə gəlməsində təşəbbüs göstərən insanlardan biri olmuşam. İkincisi, Əliyar Ağayev Azərbaycanın balasıdı, hər birimiz ona dəstək olmalıyıq. Xaqani Məmmədov deyir ki, bu, mənim, Hakimlər Komitəsinin nailiyyətidi. Amma bu nailiyyət sırf Elxan Məmmədov və Əliyar Ağayevin nailiyyətidi. Əliyar il ərzində UEFA-dan yaxşı qiymətləri özü alıb, buna görə də ona qrup mərhələsinə təyinat gəldi. Xaqani Əliyara dəstək olsaydı, Azərbaycan çempionatının cari mövsümündə 14 turdan 8-də onu cəzalandırmazdı”. 

 

Bölməyə aid digər xəbərlər

01 İyun 2022 “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi

21 May 2018 ÇL-in qrupunda birbaşa oynayacaq 26 komanda – “Qarabağ” nə vaxt başlayır?

06 Fev 2018 İngiltərə çempionatında qış fasiləsi tətbiq oluna bilər

05 Fev 2018 “Milan”ın sahibi əvəzlənməlidi - Berluskoni qayıdacaq?

05 Fev 2018 Boks olimpiada proqramından kənarlaşdırıla bilər

01 Noy 2016 Dünyanın ən yaxşı oyunçusunu həm də azarkeşlər seçəcək

28 Okt 2016 Sarridən İquaynla bağlı maraqlı açıqlama

25 Okt 2016 Millimizin sabiq baş mәçqçisi vəfat etdi

25 Okt 2016 "Qızıl top"a namizədlər açıqlandı - siyahı

18 Okt 2016 Bu biabırçılığı da yaşadı - “Mançester Yunayted”

17 Okt 2016 Cavid Hüseynov "Qəbələ" klubu ilə müqavilə bağladı

15 Okt 2016 Messi, Suares və Neymar belə “döyüldü” - Video

14 Okt 2016 Didye Droqba "Napoli" yolunda

13 Okt 2016 Millimizin futbolçuları Norveç və Çexiya ilə oyunlardan nə qədər qazandı?

13 Okt 2016 Yığmamız dünya çempionatına gedir

10 Okt 2016 "Neftçi" klubu fəaliyyətini dayandırdı

10 Okt 2016 Məhşur furtbolçunun anasını təhdid edirlər: “Oğlunuz öldürüləcək”

09 Okt 2016 “Barselona”Arda Turanı 50 milyona satır?

09 Okt 2016 Rövnəq Abdullayev: “Hələ belə bir şey olmamışdı”

09 Okt 2016 Azərbaycan futbolçusu Stiven Siqalı tanımayaraq təhqir etdi

03 Okt 2016 “Barsa”lıları ələ saldı - Keçmiş “Real”lı

23 Sent 2016 Əfsanəvi futbol ulduzu Bakıya gəlir

22 Sent 2016 Güləşçimiz hərbçilərin dünya çempionatında hakim haqsızlığı ilə üzləşib

21 Sent 2016 Millimiz Sloveniyada heç-heçə edib

19 Sent 2016 Yunanıstanda qapıçı döyülərək klubdan qovulub

17 Sent 2016 "Terim nə vaxt qulağımızı çəkib də dediyini etməmişik?" - Arda

09 Sent 2016 “Red Bull”a görə Boykota hazırlaşırlar

06 Sent 2016 Mourinyo Qvardioladan geridə qaldı

03 Sent 2016 Klopp əclafdı! - Məşhur menecer

01 Sent 2016 Bekkenbauerə qarşı ittiham - Dələduzluq, mənimsəmə...

Xəbər lenti