|
FİFA "Qızıl top" mükafatına namizəd 23 futbolçunun adını açıqlayıb.
Teleqraf.az FİFA-nın rəsmi saytına istinad edərək xəbər verir ki, 23 nəfərlik siyahı FİFA Futbol Komitəsi və "France Football" nəşrinin ekspertləri qrupu tərəfindən hazırlanıb.
Milli komandaların baş məşqçiləri və kapitanlarının səsləri ilə ən çox səs toplayan üç futbolçunun adı noyabrın 30-u müəyyənləşəcək. 2016-cı il yanvarın 11-də isə Sürix şəhərində "Qızıl top" mükafatının sahibi açıqlanacaq.
"Qızıl top" mükafatına namizəd 23 futbolçu aşağıda adları qeyd olunanlardır:
Serxio Aquero (Argentina, "Mançester Siti")
Qaret Beyl (Uels, "Real" Madrid)
Kərim Benzema (Fransa, "Real")
Kriştiano Ronaldo (Portuqaliya, "Real")
Kevin de Bruyne (Belçika, "Volfsburq"/"Mançester Siti")
Eden Hazard (Belçika, "Çelsi")
Zlatan İbrahimoviç (İsveç, PSJ)
Andres İnyesta (İspaniya, "Barselona")
Toni Kroos (Almaniya, "Real")
Robert Levandovski (Polşa, "Bavariya")
Xavyer Maskerano (Argentina, "Barselona")
Lionel Messi (Argentina, "Barselona")
Tomas Müller (Almaniya, "Bavariya")
Manuel Noyer (Almaniya, "Bavariya")
Neymar (Braziliya, "Barselona")
Pol Poqba (Fransa, "Yuventus")
İvan Rakitiç (Xorvatiya, "Barselona")
Aryen Robben (Hollandiya, "Bavariya")
Xames Rodriqes (Kolumbiya, "Real")
Aleksis Sançes (Çili, "Arsenal")
Luis Suares (Uruqvay, "Barselona")
Yaya Ture (Fildişi Sahili, "Mançester Siti")
Arturo Vidal (Çili, "Yuventus"/"Bavariya")