|
FİFA-nın "Qızıl top" mükafatına namizəd futbolçuların adları məlum olub.
Qol.Az-ın İspaniyanın "Mundo Deportivo" qəzetinə istinadən yaydığı məlumata görə, siyahıda 59 futbolçunun adı yer alıb. Bu siyahı FİFA Futbol Komitəsinə göndərilib. Komitə ilkin mərhələdə adların sayını 23-ə, daha sonra isə 3-ə endirəcək.
Siyahıda ən çox futbolçu ilə “Barselona” və “Real” (hər biri 7) təmsil olunub.
"Qızıl top"a namizəd futbolçular aşağıda adları qeyd olunanlardır:
Klaudio Bravo, Xavyer Maskerano, Andres İnyesta, Lionel Messi, Neymar, İvan Rakitiç, Luis Suares (hamısı "Barselona"), Qaret Beyl, Kərim Benzema, Toni Kroos, Luka Modriç, Serxio Ramos, Hames Rodriges, Kriştianu Ronaldo (hamısı "Real"), Georgio Kyellini, Pol Poqba, Alvaro Morata (hamısı "Yuventus"), Arturo Vidal ("Yuventus"/"Bavariya"), Andrea Pirlo ("Yuventus"/"Nyu-York Siti"), Karlos Teves, ("Yuventus"/"Boka Xuniors"), Robert Levandovski, Aryen Robben, David Alaba, Tomas Müller, Manuel Noyer (hamısı "Bavariya"), Vilfred Boni, Yaya Ture, Serxio Aquero ("hamısı "Mançester Siti”), Nikolas Otamendi ("Valensiya"/"Mançester Siti”), Kevin de Bruyne ("Volfsburq"/"Mançester Siti), Dieqo Kosta, Villian, Tibo Kurtua, Eden Azar (hamısı "Çelsi"), Edinson Kavani, Zlatan İbrahimoviç, Xavyer Pastore (hamısı PSJ), Ueyn Runi, David de Xea (hər ikisi "Mançester Yunayted"), Memfis Depay (“PSV Eyndhoven”/"Mançester Yunayted"), David Ospina, Aleksis Sançes (hər ikisi "Arsenal"), Antuan Qrizmann ("Atletiko"), Cekson Martines ("Porto/"Atletiko"), Karlos Bakka ("Sevilya/"Milan"), Covanni dos Santos ("Vilyareal/"Los Anceles Qalaksi”), Filipp Koutinyo ("Liverpul"), Heun-Min Son ("Bayer"/"Tottenhem"), Kristian Atsu ("Everton"/"Burnemut"), Gerrero ("Flaminqo"/ "Korintians), Eduardo Varqas (“Kuinz Park Reyncers”/"Hoffenhaym"), Qari Medel ("İnter"), Harri Keyn ("Tottenhem"), Aleksandre Lakazette ("Lion"), Andres Quardado (“PSV Eyndhoven”), Karlos Sançes ("River Pleyt"), Andre Ayyu ("Marsel"/"Svensi), Massimo Luonqo ("Kuinz Park Reyncers"), Şinji Okazaki ("Maynts"/"Lester").