|
17 yaşadək futbolçulardan ibarət yığma komandamız növbəti oyununa çıxıb.
ANS PRESS-in məlumatına görə 17 yaşadək futbolçularımız Moldovada baş tutan təlim-məşq toplanışı çərçivəsində elə adıçəkilən ölkənin eyni yaş kateqoriyasından olan futbol üzrə milli komandası ilə qarşılaşıb.
Maraqlısı odur ki, oyunda vurulan 6 qoldan 5-nin müəllifləri yığmamızın futbolçuları olub. Belə ki, matçın 25-ci dəqiqəsində Hüseyn Seyliqli avtoqola imza ataraq Moldovanı hesabda önə keçirib.
Buna baxmayaraq toparlanmağı bacaran 17 yaşlılarımız 27-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Cavidan Qasımlı adını tabloya yazdıraraq hesaba tarazlıq gətirib. Digər qollara gəlincə, Gülər Metin ( 40-cı dəqiqə), Cem Murat Akpınar ( 41-ci dəqiqə), Çiper ( 70-ci dəqiqə, avtoqol), Samir Əliyev( 80-cı dəqiqə).
17 yaşadək futbolçulardan ibarət milli komandamız sonuncu dəfə rəsmi oyununu mart ayının 3-də Serbiya millisi ilə keçirib. Bakıda baş tutan oyun Serbiya millisinin 4-0 hesablı qələbəsi ilə başa çatıb.