|
Avstraliyalı boksçu kiçik Devid Braun rinqdə filippinli Karlo Maqali ilə döyüş zamanı aldığı travmalardan dünyasını dəyişib.
"Report" "Sky News Australia" nəşrinə istinadən xəbər verir ki, Beynəlxalq Boks Federasiyasının versiyası üzrə regional titullardan biri uğrunda Braun və Maqali arasında keçirilən döyüş 12-ci raundda nokautla filippinlinin xeyrinə başa çatıb. Qarşılaşma cümə günü baş tutub.
Döyüşdən sonra 28 yaşlı Braun kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.
O, peşəkar rinqdə 25 döyüş keçirib (22 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə).