|
Topaz Premyer Liqasına "Kəpəz"lə heç-heçə edərək başlayan "Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirib.
Teleqraf.az sport7.az-a istinadən xəbər verir ki, ötən gün slovakiyalı Mixael Peskoviçlə münasibətləri rəsmiləşdirən bakılılar bu dəfə hücumçu ilə anlaşıblar.
Məlumata görə, bu, ispaniyalı Antonio Salas Quintadı. 29 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, onun sonuncu iş yeri Bolqarıstanın "Levski" klubu olub. Son mövsümdə Sofia klubunun heyətində 35 oyuna çıxıb və 17 qol vurub.
2004-2008-ci illərdə "Real Sosyedad"ın aşağı yaş qruplarında və B komandasında çıxış edən Anete sonradan İspnaiyanın "Koria", "San Roque", "Real Jaen", "Keuta", Yunanıstanın "Olimpiakos" (Volou) və "Niki Volos" klublarında çıxış edib.