|
Bu gün Avropa superkubokunun qalibi müəyyənləşib.
Həlledici görüşdə Çempionlar Liqasının son qalibi "Barselona" ilə Avropa Liqasını qazanan "Sevilya" üz-üzə gəlib.
İspaniya derbisi Gürcüstanın paytaxtı Tiflisdə, "Dinamo Arena"da keçirilib. "Barselona" tarixi ərzində 9-cu, "Sevilya" isə dördüncü dəfə superkubok matçına çıxıb.
Kataoniya təmsilçisi 4 dəfə qalib gəldiyi halda, "Sevilya" cəmi bir dəfə superkuboka sahib çıxıb. Bu dueldən hansı klubun qalib çıxacağı maraqla gözlənilirdi. Olduqca dramatik keçən görüşdə qapılara 9 qol vurulub. Fasiləyə 3:1 hesabı ilə üstün yollanan Kataloniya təmsilçisi ikinci hissənin əvvəlində daha bir dəfə fərqlənib. Lakin ruhdan düşməyən "Sevilya" hesabı bərabərləşdirməyi bacarıb. Əlavə vaxtda daha bir qol vuran "Barselona" tarixində 5-ci dəfə superkuboka sahib çıxıb.
Qeyd edək ki, 1972-ci ildən keçirilən Avropa superkubokunu ən çox "Milan" qazanıb. İtaliya təmsilçisi 5 dəfə superkuboku muzeyinə aparıb. Artıq "Barselona" da bugünkü qələbədən sonra "Milan"a çatıb.
11 avqust
Avropa superkuboku
23:45. "Barselona" (İspaniya) – "Sevilya" (İspaniya) - 5:4
Qollar: Ever Baneqa, 2 (0:1), Lionel Messi, 7 (1:1), Lionel Messi, 16 (2:1), Rafinya, 44 (3:1), Luis Suares, 52 (4:1), Xose Antonio Reyes, 57 (4:2), Kevin Qameyro, 72-pen (4:3), Yevgeni Konoplyanka, 81 (4:4), Pedro Rodriqes, 115 (5:4)
Hakimlər: Uilyam Kollum, Frensis Konnor (hər ikisi Şotlandiya), Damyen Makqreyt (İrlandiya)
Tiflis. "Dinamo Arena"