|
Türkiyə superkubokunun yeni qalibi müəyyənləşib.
Teleqraf.az-ın məlumatına görə, həlledici görüşdə "Qalatasaray" və "Bursaspor" üz-üzə gəlib.
Matçın taleyini bir qol həll edib. Yasin Öztəkinin görüşün 21-ci dəqiqəsində vurduğu qol "Qalatasaray"a minimal hesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm həm superliqanın, həm də ölkə kubokunun qalibi olub. "Bursaspor" isə kubokun finalçısı kimi superkubokda oynamaq hüququ əldə edib. Son ölkə kubokunun finalında üz-üzə gəlmiş "Qalatasaray" və "Bursaspor"un duelində "Cim Bom" 3:2 hesabı ilə qalib gəlib.
"Qalatasaray" bu kubokla bərabər yeni rekorda imza atıb.Belə ki,indiyədək 20 dəfə Türkiyə çempionu,16 dəfə isə Türkiyə kubokunun qalibi olmuş İstanbul nəhəngi 4-cü Türkiyə superkubokunu qazanaraq bu rekorda da sahib çıxıb.
Beləliklə Hamza Hamzaoğlunun yetirmələri mövsümün hər 3 baş mükafatına sahib çıxmış oldular.Klubun sükanın arxasına 9 ay bundan əvvəl keçən Hamza Hamzaoğu Türkiyədə bir mövsümdə 3 kubok alma rekordu əldə edib.