|
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının 3-cü tәsnifat mәrhәlәsindә Şotlandiyanın "Seltik" klubu ilә üz-üzә gәlib.
"Qafqazinfo" xәbәr verir ki, Ağdam tәmsilçisi sәfәrdә 0:1 hesabı ilә uduzduğu rәqibi ilә 0:0-lıq heç-heçә edәrәk mübarizәni dayandırıb.
Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandrıb:
“Tәbii ki, çox üzülürük. Amma futbolçularıma heç bir iradım yoxdur. Mәrhәlәni keçmәyә çalışdıq, amma alınmadı. Azarkeşlәrә tәşәkkür edirәm. "Seltik"lә ilk oyundan sonra demişdim ki, bizim stadionda 60 min yox, 35 min azarkeş olacaq, amma abhava burdakından zәif olmayacaq".
Qurbanov rəqib komandanın güclü olduğunu da vurğulayıb:
“Ona görә dә futbolçulardan razıyam. Bu cür stadionda sona qәdәr mübarizә aparmaq özü vacib mәsәlә idi”.
Bu gün nәticәdәn razı qalmadım, amma oyundan razı qaldım. "Qarabağ"a heç vaxt zәif demәzdim. 16 yaşlı futbolçularla oynasam belә, komandama zәif demәrәm. Bizim sәfәrdәki oyunu yәqin izlәmәmisiz. Orda "Seltik"in 3-4 imkanı oldu vә künc zәrbәsindәn fәrqlәndi. Unutmayın ki, "Seltik"ә qarşı oynayırdıq. Mәnim üçün bu azarkeşlәr önündә uduzmaq, qәlәbә qazana bilmәmәk çәtindir. Amma nә etmәk olar? Onlar hәtta bu gün oyundan sonra da bizi alqışladılar".