|
UEFA futbol klubların yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 7 futbol klubunun yer aldığı reytinq cədvəlində ən yüksək göstərici Ağdamın “Qarabağ” komandasına məxsusdur. Ağdam təmsilçisi 10.750 xalla 135-ci pillədə qərarlaşıb. “Neftçi” 159-cu, “İnter” 272-ci, “Xəzər-Lənkəran” 291-ci, “Qəbələ” 335-ci, “Bakı” və AZAL isə 356-cı pillədə yer alıblar.
Azərbaycan ölkələrin reytinq cədvəlində 11,250 xalla 28-cidir.