|
Paytaxt Bakıda yerləşən İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
AzadXeber.az-ın məlumatına görə, aksiya Beynəlxalq Qüds günü ilə əlaqədar Azərbaycan İslam Partiyasının fəalları tərəfindən təşkil olunub. Mitinqdə təxminən 50-ə yaxın etirazçı iştirak edib.
Partiyanın sədr əvəzi Elçin Manafov daxil olmaqla 10-dan çox saxlanılan var.
Aksiyadan öncə polislər media nümayəndələrinə qarşı təzyiq göstərib.