|
Bu gecə İspaniya kubokunda 2014/2015 mövsümünün qalibi müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, final matçında "Atletik" (Bilbao) - "Barselona" komandaları üz-üzə gəlib.
La Liqanın qalibi olan Kataloniya təmsilçisi mövsümdə ikinci kubokunu qazanıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi fəxri mükafata sahib çıxıb.
Çempionlar Liqasının finalında olan "Barselona" mövsümdə daha bir titul qazana bilər. Luis Enrikenin komandası həlledici görüşdə "Yuventus"u məğlub edəcəyi təqdirdə 2014/2015 mövsümünü üç kubokla başa vuracaq.
Qeyd edək ki, bu komandalar sonuncu dəfə 2011/2012 mövsümündə kubokunda finalında qarşılaşıblar. Həmin görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gələn "Barselona" kuboku başıüzərinə qaldırmışdı.
31 may
İspaniya kuboku, final
00:30. "Atletik" (Bilbao) - "Barselona" - 1:3
Qollar: Messi, 20 (0:1), Neymar, 36 (0:2), Messi, 74 (0:3), Vilyams, 79 (1:3)