|
Avropa Liqasında 2014/2015 mövsümünün qalibi bəlli olub.
Teleqraf.az-ın məlumatına görə, final matçında “Dnepr” (Ukrayna) və “Sevilya” (İspaniya) klubları üz-üzə gəlib.Xatırladaq ki, Dnepropetrovski klubu Bakıda keçirilən “Qarabağ” – “İnter” matçında hakimin kobud səhvi nəticəsində qrupdan çıxıb. Ağdam klubunun təmiz qolunun sayılmaması sayəsində “pley-off”a təmsilçimiz deyil, "Dnepr" yüksəldi.
27 may
Avropa Liqası, final
“Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya) - 2:3
Qollar: Kaliniç, 7 (1:0), Kruçoviak, 28 (1:1), Bakka, 31 (1:2), Rotan, 44 (2:2), Bakka, 73 (2:3)
Baş hakim: Martin Atkinson (İngiltərə)