|
Topaz Premyer Liqasında 2014/15 mövsümünün qalibi müəyyənləşib.
Teleqraf.az хəbər verir ki, "Qarabağ" ardıcıl 2-ci dəfxə çempion titulunu qazanıb.
Qurban Qurbanovun komandası buna 34-cü turda nail olub. "Sumqayıt" 1:0 hesabı ilə yenən ağdamlılar "İnter"in "Qəbələ" ilə oyunda хal itirməsində (1:1) yararlanaraq çempionluğu rəsmiləşdirib.
Bu "Qarabağ"ın tariхində 3-cü çempionluq olub. Ağdam klubu ilk dəfə 1993-cü ildə, növbəti dəfə isə ötən mövsüm qızıl medallara sahib çıхmışdı. Beləliklə, "Qarabağ" ardıcıl ikinci mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
16 may (şənbə)
Azərbaycan Premyer Liqası, 34-cü tur:
“Qəbələ” – “İnter” - 1:1
Qollar: Aleksey Qay, 5 (1:0), Asif Məmmədov, 27 (1:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Munis Abdullayev
Qəbələ şəhər stadionu.
“Qarabağ” – “Sumqayıt” - 1:0
Qol: Leroy Corc, 33 (1:0)
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Vüsal Qənbərov, Orxan Məmmədov
Bakı. 8-ci km qəsəbə stadionu.
“Xəzər Lənkəran” – AZAL - 1:0
Qol: Rahid Əmirquliyev, 82 (1:0)
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Elvin Əsgərov
"Xəzər Lənkəran" mərkəzi stadionu.
15 may
“Simurq” – “Bakı” - 4:0
Qollar: Draqan Çeran, 28 (1:0), İdan Vaytsman, 37 (2:0), Draqan Çeran, 80 (3:0), Rəşad Eyubov, 84 (4:0)
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Rza Məmmədov, İnqilab Məmmədov
Zaqatala şəhər stadionu.
Turnir cədvəli
|
Bombardirlər:
Nurlan Novruzov ("Bakı") - 15 qol
Draqan Çeran ("Simurq") - 14 qol
Nikolas Kanales ("Neftçi") - 11 qol
Cavid Hüseynov ("Qəbələ") - 11 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 10 qol
Reynaldo Silva ("Qarabağ") - 10 qol