|
Ukraynanın “Dnepr” klubu iki oyunun nəticəsinə görə İtaliya “Napoli”sini məğlub edərək Avropa Liqasının finalına vəsiqə qazanıb.
Teleqraf.az xəbər verir ki,Kiyevin Olimpiya stadionunda keçirilən cavab qarşılaşmasında, Dnepetrovski təmsilçisi minimal hesabla qələbə qazanıblar:1:0(ilk oyun - 1:1).
Yeganə qolu oyunun 58-ci dəqiqəsində Yevqeniy Seleznyov vurub.
Avropa Liqasının son qalibi "Sevilya" isə “Fiorentina”nın qonağı olub. İlk oyunda rəqib qapısından üç cavabsız qol keçirən ispanlar cütün favoriti sayılırdı. Səfərdə də rəqibinə 2:0 hesabı ilə qalib gələn İspaniya təmsilçisi finala adlayıb.
Qeyd edək ki, Avropa Liqasının finalında "Sevilya" və "Dnepr" üz-üzə gələcək. Həlledici oyun mayın 27-də, Polşada keçiriləcək.
15 may
Avropa Liqası, yarımfinalın cavab oyunları
"Dnepr" (Ukrayna) - "Napoli" (İtaliya) - 1:0
Qol: Seleznyov, 58 (1:0)
(İlk oyun -1:1)
"Fiorentina" (İtaliya) - "Sevilya" (İspaniya) - 0:2
Qollar: Bakka, 22 (0:1), Karriko, 27 (0:2)
(İlk oyun 0:3)