|
Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir cavab qarşılaşması keçirilib.
Teleqraf.az-ın məlumatına görə, İspaniyada baş tutan oyunda ikinci yarımfinalçının adı məlum olub.
Madrid “Real”ı “Santyaqo Bernabeu”da “Yuventus”u qəbul edib. İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn Turin klubu səfərdə də inamlı oyunu ilə yadda qalıb.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Bu nəticə “Yuventus”u finala yüksəldib. ÇL-ın son qalibi “Real” isə mübarizəni dayandırıb.
Xatırladaq ki, “Yuventus”u finalda “Barselona” gözləyir.
13 may
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
23:45. "Real" - "Yuventus" - 1:1
Qollar: Ronaldo, 23-pen. (1:0), Morata, 58 (1:1)
İlk oyun: (1:2)
12 may
"Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:2
Qollar:Benatia, 7 (1:0), Neymar, 15 (1:1), 22 (1:2), Levandovski, 59 (2:2), Müller, 74 (3:2
(İlk oyun - 0:3)