|
Əfsanəvi Amerika boksçusu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib.
APA-nın NBC-yə istinadən verdiyi məlumata görə, ona ağciyər soyuqlaması diaqnozu qoyulub.
M. Əlinin vəziyyətinin təhlükəli olmadığı bildirilir.
Həkimlər 72 yaşlı əfsanənin tezliklə evə buraxılacağını deyiblər.
M. Əlinin hansı xəstəxanada müalicə olunduğu isə açıqlanmır.