|
Braziliyanın “Santos” klubuna azarkeşlik edən hüquqşünas Pereyra Kaparros İspaniyanın “Barselona” klubunun futbolçusu Neymarı və onun atasının şirkətini San-Paoloda məhkəməyə verib.
Buna səbəb Neymarın 2011-ci ildə kataloniyalılarla ilkin müqavilə imzalaması ilə bağlı hadisə olub. Belə ki, həmin il klublararası dünya çempionatında “Santos” “Barselona”ya 0:4 hesabı ilə uduzmuşdu.
Yaponiyada həmin matça gedən P.Kaparros 2000 funtdan çox xərc çəkib və pis oyuna və ona dəymiş mənəvi zərərə görə indi Neymarın 6600 funt cərimələnməsini tələb edir.
Hüquqşünasın fikrincə, ilkin müqavilə imzalamış “sambaçı” gələcək komandasına qarşı əzmlə oynamayıb.
Qeyd edək ki, Neymar 2013-cü ildə rəsmi olaraq “Barselona”ya keçib (trend.az).