|
Azərbaycanlı futbolçu "Dənizlispor" klubu tərəfindən cəzalandırılıb.
ANS PRESS-in məlumatına görə, anasının səhhətində yaranmış narahatlıq səbəbiylə Azərbaycana gələn Rail Məlikov ölkədən 2 gün gec qayıdıb. Kluba gec döndüyü üçün "Dənizlispor" baş məşqçisi Özcan Bizat bu oyunçunu cəzalandırıb. Belə ki,Rail "Antalyaspor" matçı heyətindən çıxararaq əvəzedici komandaya göndərib.
Azərbaycanlı futbolçu bununla yanaşı 5 min türk lirəsi (1700 AZN) cərimələnib. Komandada intizamı təmin etmək məcburiyyətində olduqlarını ifadə edən baş məşqçi lazımi addım atdıqlarını söyləyib:
"Komandaya gec qatılaraq intizamı pozmaq gözəl davranış deyil. İntizam mövzusunda çox həssasam. Buna görə də Məlikovu heyətdən çıxardım. Artıq o, əvəzedici komandada çalışacaq. Daha sonra məsələ ilə bağlı qəti qərarımızı verəcəyik", - deyə Özcan Bizat söyləyib.