|
Almanya həvəskar liqasında çıxış edən Türk klubu 8 oyunçudan əksik rəqibindən gələcək 'havayı' 3 xalı rədd etdi və buna görə Almanyada centilmenlik mükafatı qazandı.
Türk insanı fərqini bir daha ortaya qoydu.Teleqraf.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu ölkənin həvəskar liqasında çıxış edən qürbətçi türklərdən ibarət “Türkspor” klubu ,növbəti oyunlarının birində oynamadan 3 xal ala bilərdi.Belə ki,rəqib klub, 8 oyunçusu xəstələndiyi üçün qarşılaşmaya çıxa bilməyəcəklərini bildirib.Bu səbəbdən “Türkspor”klubu 3:0 hesabı ilə texniki qələbə qazanmalıydı. Rəqibi oyuna çıxmayacağı üçün 3 xalı asan yolla cibinə qoymağı rədd edən Türk klubunun rəhbərliyi və oyunçuları "Masada deyil,meydanda qazanmaq istəyiriz" deyə oyunu təxirə saldırıblar.Təxirə salınan qarşılaşma 3 ay sonra oynanılıb və Türklər 2:1 heabı ilə məğlub olub. Çempionatın sonunda 2 xal fərqiylə çempionluğu və üst liqaya çıxma şansını əldən verən “Türkspor”hər kəsin rəğbətini qazanıb.Belə ki, əgər onlar texniki qələbəyə razı olsaydılar 1xal fərqlə mövsümü lider bitirər və üst liqaya vəsiqə qazanardılar.Ancaq bu misli görülməmiş hərəkət mükafatsız qalmadı...Beləki Almaniya Olimpik İdman Növləri Federasiyası,Almaniya Daxili İşlər Nazirliyi və Almaniya İdman Yazarları Dərnəyi tərəfindən hər il verilən “Centlmenlik Fair-Play”mükafatına laiq görülüblər.Türk klubu mükafatını 5 dekabrda alacaq.
Cabir Turan Cəfərbəyli