|
Cari mövsümdən etibarən Azərbaycan Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" bu gündən etibarən fəaliyyətini dayandırıb.
Teleqraf.az xəbər verir ki, Premyer Liqada mübarizə aparan “Araz Naxçıvan” klubu gözlənilməz qərar qəbul edib.
Klub “Qarabağ”a ötən gün 0:4 hesablı məğlubiyyətdən sonra fəaliyyətinə son qoyub.
Bu haqda “Araz Naxçıvan”ın rəsmi saytında məlumat yer alıb. Bildirişdə qeyd olunub ki, “Araz-Naxçıvan” PFK bu gündən etibarən fəaliyyətini dayandırır və xəbərlə bağlı geniş məlumat günün ikinci yarısından sonra saytda yerləşdiriləcək.