|
“Galatasaray”klubunun Başqanı Ünal Aysal oktyabrın 25-də keçiriləcək seçkilərdə namizəd olmayacağını açıqladı.
Teleqraf.az İnformasiya Agentliyi xəbər verir ki,TRT1-də yayımlanan “Stadiyum”proqramına canlı yayında qonaq olan Aysal namizəd olmayacağını açıqlayaraq Türkiyəni şoka saldı.
Ünal Aysal Türkiyədə haqsız idman rəqabətindən,müstəqil olmayan futbol və basketbol federasiyaların fəaliyyətindən bəhs edərək,davam etməmə qərarınında bu amillərində səbəb olduğunu qeyd etdi.
Ünal Aysal “Qalatasaray”-dan qopmasının mümkün olmadığını,hər zaman dəstəklədiyi bir klub olacağını qeyd edib.O,”Qalatasaray”-ın qlobal bir layihə olduğunu,bunun üçün dəstəklədiyi bir qrup qurduğunu,”Qalatasaray”markasının tanınması və yaşaması üçün bu layihəni klubdan heç bir maddi qazanc almadan sonrakı yönətimə hədiyyə edəcəyini bildirib.
“Qalatasaray”azarkeşlərindən bu qərarına görə üzr istəyən Aysal,hər zaman onlarla olacağını qeyd edib.
Qeyd edək ki,25 Oktyabrda keçiriləcək seçkilərdə hələki Alp Yalman klub Başqanlığına namizədliyini irəli sürüb.,1990-1996-cı illərdə bu vəzifəni daşımış Alp Yalman Ünal Aysal namizəd olsada,olmasada namizəd olacağını bildirmişdi.
Cabir Turan Cəfərbəyli