|
Bu gün AFFA-da qurumun baş katibi Elxan Məmmədovla “Qarabağ”ın futbolçusu Reynaldo Silva arasında görüş keçirilib.
Qol.Az-ın xəbərinə görə, görüşdə Reynaldo Silvanın Azərbaycan millisində oynaması ilə bağlı məsələlər müzakirə edilib. Müzakirələr zamanı E.Məmmədov AFFA rəhbərliyi adından R.Silvaya millimizdə oynamaqla bağlı rəsmi təklif irəli sürüb. Futbolçu təklifi qəbul edib.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-ın müxbiri ilə söhbətində görüşün keçirilməsi xəbərini təsdiqləyib.
Onun sözlərinə görə, AFFA Brazilya vətəndaşlığı olan Reynaldoya Azərbaycan pasportunun verilməsi ilə bağlı müvafiq qurumlara müraciət edəcək. Eyni zamanda məsələ ilə əlaqədar FİFA da məlumatlandırılacaq.