|
AFFA “Qarabağ” klubunun braziliyalı futbolçusu Reynaldonun Azərbaycan yığmasına cəlb olunmasına münasibət bildirib.
Teleqraf.az Apasport.az saytınına istinadən xəbər verir ki,assosiasiyanın baş katibi Elxan Məmmədov milliləşdirilməsi gündəmə gələn braziliyalı ilə bağlı fikirlərini açıqlayıb.
“Biz Reynaldonun milliləşdirilməsini istərdik. Amma 2008-ci ildə qərar qəbul etmişik ki, yığmada legioner yox, ancaq etnik azərbaycanlılar oynasın. Təəssüf ki, Reynaldonun Azərbaycanla bağlılığı yoxdu” – deyə, baş katib bildirib.
Məmmədov vurğulayıb ki, bu məslə ilə əlaqədar Reynaldo ilə danışıq aparmaq istəyirlər: “Bu barədə FİFA-ya müraciət edəcəyik. Reynaldo və “Qarabağ”la danışacağıq. Ola bilər ki, Reynaldo başqa xarici klubda oynasın və Azərbaycana millisinə sonradan gəlməsin. Bu məsələləri onunla dəqiqləşdirmək lazımdı”.