Bərdənin Həsənqaya kəndi namizəd Xəyalə Əhmədovanı çox böyük hörmətlə qarşıladı. Namizədin çıxışını dinləyərək onları maraqlandıran suallar verdilər. Qarşılıqlı müzakirə şəklində baş tutan görüş, seçicilərin etimadı və diqqəti ilə sona yetmişdir. Görüşə digər qonşu kəndlərin ağsaqqalları belə təşrif buyurmuşlar. Həsənqaya seçicilərinin böyük əksəriyyəti bərdəli namizədə səs verəcəklərini söylədilər.