Bərdə 93 saylı seçki dairəsindən namizəd Xəyalə Əhmədovanın təbliğat kampaniyası seçicilərinin sayəsində böyük sevgi və hörmətlə davam edir. Namizədi kəndlərdə yüksək hörmətlə qarşılayırlar. Belə görüşlərin biri də bu gün İmamqulubəyli kəndində baş tutdu. Sakinlər əslən bərdəli olan Xəyalə Əhmədovaya inandıqlarını və fevralın 9 da ona səs verəcəklərini söylədilər. Xəyalə xanımla görüşdə kənd sakinləri olan Qarabağ qaziləri, veteranlar da iştirak edirdilər. Onlar da Xəyalə Əhmədovanı çox rəğbətlə qarşıladılar. Qarabağ qaziləri söhbət zamanı bildirdilər ki, Xəyalə Əhmədova onların ən etimad göstərdikləri layiqli namizəddir.
Görüş zamanı çəkilən foto görüntüləri sizə təqdim edirik: