93 saylı Bərdə Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, əslən bərdənin Hacallı kəndindən olan Xəyalə Əhmədovanın seçicilərlə görüşləri davam edir.Bu gün təşviqat kampaniyası çərçivəsində Xəyalə Əhmədova Mollagüllər kəndinin seçiciləri ilə görüşüb. Səmimi və ruh yüksəkliyi ilə qarşılanan namizəd sakinlərin, xüsusilə gənclərin sosial problemləri ilə yaxından tanış olub. Onlara öz tövsiyyələrini verərək namizəd qeyd edib ki, hər bir bərdəlinin probleminə dəstək olacaq, vətəndaşlara qayğı göstərəcək.