|
Teleqraf.az-ın təsisçisi, tanınmış siyasi xadim Xəzər Teyyublunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi ilə bağlı qardaş Türkiyə Cümhuriyyətində görüşləri davam edir.
Teleqraf.az xəbər verir ki, Süleyman Dəmirəl adına İsparta şəhər universitetində keçirilən konfransdan sonra İsparta şəhər Bələdiyyəsinin rəhbərlərindən olan Aydın Şanlıtürklə görüşdüklərini bildirən Xəzər Teyyublu görüş haqqında bunları deyib:
"Turkiyə. İsparta şəhər Bələdiyyəsində ğörüş. Şəhərin sosial həyatını , infrastrukturunu saat mexanizmi kimi kontrolda saxlayan Bələdiyyə rəhbərindən biri Aydın Şanlıtürklə çox səmimi, qarşılıqlı hədiyyə verilməsi ilə söhbətlərimiz yarandı. Onun Şəhər təsərrüfatının idarə olunmasindan ,siyasi partiyaların ölkənin yerli idarəetməsindəki əhəmiyyətindən söhbəti çox maraqlı idi. Əlaqələrin daha da genişlənməsinin vacibliyi haqda danısdiq . Türkiyə Azərbaycan münasibətləri mövzusu üzərində daha çox dayandıq".