|
Masallı rayonunda aksiya keçirilib.
Teleqraf.az-a daxil olan məlumata görə, bu gün Masallı rayonunda olan bankomatlarda pul olmadığı üçün yüzdən çox insan saatlarla gözləməkdən bezərək etiraz aksiyası keçirərək Heydər Əliyev prospektində yolu bağlayıblar. Təxminən 1 saata yaxın davam edən aksiya polislər tərəfindən dağıdılıb.
Əldə etdiyimiz məlumata görə, aksiyadan sonra bankomatlara pul yüklənilib.
Hadisə ilə bağlı geniş məlumat verəcəyik.
Elşən Əlisoy